5248fe77-e3ae-478f-b896-f1108af4140b..jpg

Qurban Qurbanov Musa Qurbanlının “Torino”ya keçməsi xəbərinə nöqtə qoydu

Baxış sayı: 645 dəfə baxılıb.

Qurban Qurbanov Musa Qurbanlının “Torino”ya keçməsi xəbərinə nöqtə qoydu

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oğlu Musa Qurbanlının İtaliyanın
“Torino” klubuna transfer olunacağı ilə bağlı xəbərlərə münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, o, yayılan xəbəri təkzib edib.

“Musa Qurbanlının “Torino”ya keçidi ilə bağlı yayılan xəbərlər həqiqəti əks
etdirmir”, – deyə Q.Qurbanov bildirib.

Qeyd edək ki, “Qarabağ”ın hücumçusu Musa Qurbanlı cari mövsümdə vurduğu 20
qolla çempionatın bombardiridir.

Source link