Rəhim Şəkinskinin güllələnməsi kameraya düşüb – VİDEO

Rəhim Şəkinskinin güllələnməsi kameraya düşüb – VİDEO

Baxış sayı: 2. 329 dəfə baxılıb.

İnternetdə Rəhim Namazovun (Şəkinski) həyat yoldaşı ilə birlikdə Tuluzada hücuma məruz qalması hadisəsini əks etdirən video yayılıb.

ÇıxışYolu.Com xəbər verir ki, maskalı naməlum şəxs “Audi” markalı avtomobildən çıxaraq, Namazovlar cütlüyünün avtomobilinə yaxınlaşıb, yeddi dəfə atəş açıb və sonra qaçıb gizlənib.

Baş verənlər videoda aydın görünür.

Fransanın Tuluza şəhərində yaşayan Rəhim Namazov, martın 30-da güllələnib.

Hadisə nəticəsində R.Namazovun həyat yoldaşı hadisə yerində vəfat edib, özü isə ağır yaralanma ilə xəstəxanaya çatdırılıb.

Baxmayaraq ki, fransız KİV-i R.Namazovu jurnalist kimi təqdim edir, o xeyli müddət “Rəhim Şəkinski” adı altında sosial şəbəkələrdə kriminal avtoritetlər, xüsusən də Nadir Səlifovun (Lotu Qulu) ünvanına təhqiredici video və audioyazılar yayırdı. 

www.ÇıxışYolu.Com