024e7d54-e549-4fec-9cff-fc603607d707..jpg

Rəşad Dağlı şikayət hüququndan istifadə etmədi, həbsxanaya köçürülür – VİDEO

Baxış sayı: 604 dəfə baxılıb.

Rəşad Dağlı şikayət hüququndan istifadə etmədi, həbsxanaya köçürülür – VİDEO

Qonşusunu öldürməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum
edilmiş meyxanaçı Rəşad Dağlı (Əmirov) apellyasiya şikayəti vermək hüququndan
istifadə etməyib.

“Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, bu günə qədər nə Rəşad Dağlı və
vəkili, nə prokuror, nə də zərərçəkmiş şəxsin hüquqi varisi apellyasiya
şikayəti veriblər.

Meyxanaçıya ittiham olunduğu maddələrdə nəzərdə tutulan ən aşağı sanksiya
həddində (CM-nin 120.1-ci maddəsi ilə 9 il, 228.4 – 6 ay) həbs cəzası təyin
edilib. Görünür, Rəşad Dağlı hökmdən razı qalıb, bu səbəbdən yenidən hakim
qarşısına çıxmaq istəməyib.

Qanunvericiliyə görə, tərəflər bundan sonra apellyasiya şikayəti vermək
istəsələr, müddətin bərpa edilməsi üçün əsaslı səbəblə məhkəməyə müraciət
etməlidirlər.

Qeyd edək ki, dövlət ittihamçısı, vəkil və zərərçəkmiş tərəf hökm elan
olunduğu, təqsirləndirilən şəxs isə hökmün surətini aldığı vaxtdan 20 gün
müddətinə şikayət verə bilər. Bu müddət başa çatdıqdan sonra hökm qanuni
qüvvəyə minir, təqsirləndirilən şəxs məhkum kimi cəzaçəkmə müəssisəsinə
köçürülür.

Qeyd edək ki, Rəşad Dağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyul tarixli
hökmü ilə 9 il 6 ay azadlıqdan məhrum edilib.


Source link