2706d523-1a89-486d-a18d-7ac1cccf99c0..jpg

Rəsmi Bakıdan İrəvanda Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasına REAKSİYA – FOTO

Baxış sayı: 599 dəfə baxılıb.

Rəsmi Bakıdan İrəvanda Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasına
REAKSİYA – FOTO

İrəvandakı Azadlıq Meydanında məşəl yürüşü zamanı Azərbaycan və Türkiyə
bayraqlarının əvvəlcədən planlaşdırılmış və təşkil olunmuş şəkildə
yandırılmasını qətiyyətlə pisləyirik.

“Report” xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat
xidməti idarəsinin rəisi Ayxan Hacızadə “Twitter” hesabında yazıb.

“Ermənistan hökuməti və Baş nazir Nikol Paşinyan bu kimi nifrət cinayətlərinin
və ksenofobik hərəkətlərin qarşısının alınması üçün təcili tədbirlər
görməlidir”, – A.Hacızadə qeyd edib.

We strongly condemn the pre-planned and organised burning of flags of
#Azerbaijan
🇦🇿 and
#Türkiye
🇹🇷at the Freedom Square in Yerevan during torchlight procession.@armgov
and @NikolPashinyan
must take urgent
measures to prevent such hate crimes and xenophobic acts.
pic.twitter.com/mr3fnH8o5w
— Aykhan Hajizada (@Aykhanh) April 23, 2023

Source link