“Rabitəbank” nizamnamə kapitalını 101.3 milyon manata  çatdırdı

“Rabitəbank” nizamnamə kapitalını 101.3 milyon manata çatdırdı

Baxış sayı: 10. 214 dəfə baxılıb.

“Rabitəbank” ASC 14 fevral  tarixində nizamnamə kapitalını 12.8 mln. manat məbləğində artıraraq 101.3 mln manata, məcmu kapitalını 104.6 milyon manata  çatdırıb. Artım mövcud səhmdarlar hesabına həyata keçirilib.

ÇıxışYolu.Com-ın məlumatına görə, nizamnamə kapitalının artırılmasında əsas məqsəd bankı əlavə kapitalla təmin edərək onun sabitliyini daha da möhkəmləndirmək və strateji layihələrdə iştirakını təmin etməkdir.

Azərbaycanın bank sektorunda aparıcı mövqelərdən birini tutan “Rabitəbank”ın aktivləri 2017-ci il ərzində 31,7% artaraq 727 mln. manat təşkil edib. Hazırda Bank ölkə ərazisində 22 filial və 1 şöbədən ibarət şəbəkəsi ilə Bakı şəhəri və Azərbaycanın 15 regionunda fəaliyyət göstərir. 

Xatırladaq ki, 2018-ci il Rabitəbankın fəaliyyətinin 25-ci ilidir. 1993-cü ildə yaradılmış “Rabitəbank” 25 il ərzində uğurlu inkişaf yolu keçmiş və ölkənin bank sektorunda öz layiqli yerini tutmaqla yanaşı, geniş müştəri bazası ilə gələcək inkişafı üçün də etibarlı bünövrə yarada bilib.

Öz fəaliyyətinin 25-ci ilində də “Rabitəbank”, hər zaman olduğu kimi, yüksək xidmət və çeşidli bank məhsulları ilə müştərilərinin xidmətindədir.

www.ÇıxışYolu.Com