“Rabitəbank”dan işgüzar xanımlarımızı cəsarətləndirəcək kampaniya

“Rabitəbank”dan işgüzar xanımlarımızı cəsarətləndirəcək kampaniya

Baxış sayı: 8. 926 dəfə baxılıb.

“Rabitəbank” qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan xanımlar üçün möhtəşəm kredit kampaniyasına start verib.

İndi qadın sahibkarlarımız illik faiz dərəcəsi cəmi 14,9% və maksimal məbləğ 1.000.000 AZN olmaqla, 24 ay müddətinə təqdim etdiyimiz biznes kreditlərindən faydalanaraq, xəyallarında olan ideyaları asanlıqla reallaşdıra bilərlər.

Kreditin verilməsi üçün tələb olunan minimal iş təcrübəsi cəmi altı ay təşkil edir və güzəştli şərtlərdən yaralanmaq üçün  01 – 31 mart 2018-ci il tarixləri arasında bankın istənilən filialına, www.rabitabank.com saytına və 133 nömrəli Məlumat Mərkəzinə müraciət etmək kifayətdir.

Bankın sosial media səhifələrində peşəkar mütəxəssislər tərəfindən bütün sorğular cavablandırılır.

“Rabitəbank” builki bayramı işgüzar xanımlarımız üçün unudulmaz edəcək.

Kreditin şərtləri ilə ətraflı tanış olmaq üçün: http://bit.do/BiznesKreditleri

Qeyd edək ki, “Rabitəbank” bu il 25 illiyini qeyd edir və bununla əlaqədar il ərzində müştəriləri  üçün yeni və faydalı kampaniyaları hazırlayıb təqdim etməyi hədəfləyir. 

Hazırda bank ölkə ərazisində fəaliyyət göstərən 22 filial və bir şöbə vasitəsilə Bakı şəhəri və Azərbaycanın 15 regionunu əhatə edir.

Telefon: 133 
Veb: www.rabitabank.com
Facebook: www.facebook.com/rabitabank/
Instagram: www.instagram.com/rabita_bank/

www.ÇıxışYolu.Com