addd377e-bb27-4570-b3e8-3296d18d22ff..jpg

Radiasiya yayılmış şəhərə 12 ildən sonra qayıdış icazəsi – FOTO/VİDEO

Baxış sayı: 909 dəfə baxılıb.

Radiasiya yayılmış şəhərə 12 ildən sonra qayıdış icazəsi – FOTO/VİDEO

Yaponiyanın tərk edilmiş Tomioka şəhərinin sakinləri “Fukusima-1” AES-də baş
vermiş qəzadan 12 il sonra evlərinə qayıda biləcəklər.

Geri qayıtmaq üçün insanlar nəzərdə tutulan məskunlaşmadan bir neçə gün əvvəl
xüsusi ərizələr təqdim etməlidirlər. Hələlik cəmi 54 nəfər, yəni hələ də
ərazidə qeydiyyatda olan, lakin qəzadan sonra evini tərk edənlərin təxminən hər
50 nəfərindən biri geri qayıtmaq arzusunu bildirib.

Həmçinin Tomiokanın simvolu hesab olunan və sakura ağacları əkilmiş iki
kilometrlik yolun ətrafında da artıq məskunlaşmağa icazə verilir.

Xatırladaq ki, 2011-ci ilin martında sunami nəticəsində “Fukusima-1” AES-də
elektrik təchizatı və soyutma sistemləri sıradan çıxmış, nəticədə üç reaktorda
nüvə yanacağının əriməsi və partlayışlar baş vermişdi, atmosferə radiasiya
yayılmışdı. Buna görə ətraf ərazilərdən on minlərlə insan təxliyə edilmişdi.

Mənbə: TASS


Source link