baf2aae2-0dd5-4eb5-8c60-f8a73ae4b5f8..jpg

Ramiz Məlikin qızı: “Dediyim sözləri dəyişdirib yazırlar”

Baxış sayı: 1. 010 dəfə baxılıb.

Ramiz Məlikin qızı: “Dediyim sözləri dəyişdirib yazırlar”

Xalq artisti, tanınmış aktyor Ramiz Məlikin vəziyyəti ağırdır.

Bu barədə Cixisyolu.com-a Xalq artistinin qızı məlumat verib.

Xatırladaq ki, Xalq artisti Ramiz Məlik ağır xəstəlikdən əziyyət çəkir.
Müalicəsi davam edir.

Qızının sözlərinə görə, sənətkar ağır vəziyyətdədir:

“Mən məlumat vermək istəmirəm. Çünki dediyim sözləri dəyişdirib yazırlar.
Artıq bezmişəm. Məni yalançı çıxarmağa çalışırlar. Adımın hallanmasını da
istəmirəm. Xəstəliyi başqa yönlərə yozmağa ehtiyac yoxdur”.

O, atasının bir aydan çox bu vəziyyətdə olduğunu bildirib:

“Atamın səhhəti çox ağırdır. Evdə müalicə alır, xəstəxanada yox. Təxminən 1
aydan çoxdur ki, bu vəziyyətdədir”.

Qeyd edək ki, 79 yaşlı Xalq artisti uzun illərdir ki, Akademik Milli Dram
Teatrında fəaliyyət göstərib. Azərbaycanda teatr sənətinin inkişafındakı
xidmətlərinə görə 2019-cu ildə “Şöhrət” ordeni ilə təltif olunub.

Nəzrin Vahid

Source link