81b8882c-3430-4304-a683-0d9610312ffb..jpg

Rasim Balayev: “Kino Agentliyinə seçilmək istəmirəm”

Baxış sayı: 602 dəfə baxılıb.

Rasim Balayev: “Kino Agentliyinə seçilmək istəmirəm”

“Azərbaycanfilm” kinostudiyası bir neçə il dövlət dotasiyasında olsun”.

Cixisyolu.com xəbər verir ki, bu sözləri “Azərbaycan Kinosu – 125: Reallıq,
Çağırışlar və Hədəflər” mövzusunda Kino forumunda Xalq artisti Rasim Balayev
deyib.

Onun sözlərinə görə, agentlik özünə yer tapana qədər maliyyə köməyi olmalıdır:

“O, ümumi kino bazarına qatılana qədər dəstəklə təmin olunsun. Təklif edərdim
ki, kino adamları təhsil üçün xaricə göndərilsinlər”.

R.Balayev qeyd edib ki, dramaturqların yetişməsinə ehtiyac var:

“Kino Agentliyi yaradılacaq. Ora seçilmək istəmirəm. Lakin istərdim ki,
ölkəsini sevən, kinomuzu bilən adamlar oraya toplaşsınlar”.

Nəzrin Vahid

Source link