5ff566fb-cd61-4f98-807b-353c6a594623..jpg

Rejissor: “Yuğ” Teatrının bina problemi dözülməzdir” – FOTO

Baxış sayı: 584 dəfə baxılıb.

Rejissor: “Yuğ” Teatrının bina problemi dözülməzdir” – FOTO

“Azərbaycan Dövlət “Yuğ” Teatrının bina problemi dözülməzdir”.

Cixisyolu.com-ın məlumatına görə, bunu “Azərbaycan teatrı – 150: inkişaf
perspektivləri” mövzusunda keçirilən Teatr Forumunda Azərbaycan Dövlət “Yuğ”
Teatrının quruluşçu rejissoru Gümrah Ömər bildirib.

Onun sözlərinə görə, tamaşalar hazırlayan zaman maneələrlə rastlaşırlar:

“Bu cür böyük teatrın tamaşalarını biz kiçik məkanlarda təqdim etmək
məcburiyyətində qalırıq. Bəzən bizə qarşı yaranan əngəllər olur”.

“M.Teatr”ının rəhbəri, Xalq artisti Vidadi Həsənov isə bildirib ki, Azərbaycan
Dövlət “Yuğ” Teatrının binasının olmaması ilə bağlı bir neçə dəfə Mədəniyyət
Nazirliyinə müraciət edilib:

“Biz bu barədə düşünürük” cavabını alırdıq. Fikirləşirəm ki, düşünmək yox, iş
görmək lazımdır”.

İlhamə Əbülfət

Source link