0b2a2409-43dc-4c0f-97b2-6a5184eff749..jpg

Renat Dadaşov qol vurdu, komandası qalib gəldi – VİDEO

Baxış sayı: 802 dəfə baxılıb.

Renat Dadaşov qol vurdu, komandası qalib gəldi – VİDEO

İsveçrə Super Liqasında 29-cu turun oyunları keçirilir.

Cixisyolu.com xəbər cerir ki, Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun
çıxış etdiyi “Qrasshopper” səfərdə “Vintertur”un qonağı olub. Qarşılaşma
qonaqların qələbəsi ilə başa çatıb – 2:1.

Renat Dadaşov matçda start heyətdə başlayıb və 90 dəqiqə meydanda qalıb. Renat
komandasının ikinci qolunun müəllifi olub. 45+1-ci dəqiqədə fərqlənən 23 yaşlı
forvard hesabı 2:0 edib. Bu, Renatın mövsümdə 7-ci qoludur.

Xallarını 37-yə yüksəldən “Qrasshopper” turnir cədvəlinin 5-ci pilləsində
qərarlaşıb.

Source link