Restoranda iki nəfəri bıçaqlayan şəxsə hökm oxunub

Restoranda iki nəfəri bıçaqlayan şəxsə hökm oxunub

Baxış sayı: 7. 138 dəfə baxılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində Saleh Şahverdiyevin Cinayət Məcəlləsinin 126.2.4 (qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla törədildikdə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

ÇıxışYolu.Com-ın məlumatına görə, ötən il oktyabrın 10-da Saleh Şahverdiyev sərxoş vəziyyətdə Nəsimi rayonu, “Şamaxinka” adlanan ərazisində “Köz dönər” restoranına özü ilə spirtli içki gətirib. 

Ofisiant Fərid Ağayev ona restoranda spritli içki içməyin qadağan olunduğunu bildirəndə, onların arasında mübahisə yaranıb. Şahverdiyev konyak şüşəsini Ağayevin başına çırpıb və onları ayırmağa çalışan Qədir Məmmədova bıçaqla bir zərbə vurub. Hadisə yerindən uzaqlaşmaq istəyərkən, restorana gələn Alı Alıyev onun qarşısını kəsib. Bundan əsəbiləşən Saleh daha iki zərbə ona vurub. 

Məhkəmənin hökmü ilə S.Şahverdiyev təqsirli bilinərək 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. 

www.ÇıxışYolu.Com