8a3b1e3d-9117-4a52-b6f1-8f8a7c33b859..jpg

Riz Uizerspun 12 illik evliliyinə son qoyur – FOTO

Baxış sayı: 1. 062 dəfə baxılıb.

Riz Uizerspun 12 illik evliliyinə son qoyur – FOTO

Amerikalı aktrisa Riz Uizerspun 12 illik evliliyindən sonra əri Cim Totdan
boşanmaq üçün məhkəməyə müraciət edib. O, bu barədə “İnstagram” səhifəsində
məlumat verib.

“Legally Blonde” filminin ulduzu bu qərarın çox çətin olduğunu etiraf edib.

“Biz birlikdə çox gözəl illər keçirmişik və birlikdə yaratdığımız hər şeyə
dərin sevgi, mehribanlıq və qarşılıqlı hörmətlə irəliləyirik”, – deyə o
bildirib.

Uizerspun onu da qeyd edib ki, hazırda ən əsas məsələ onların oğlunun
xoşbəxtliyidir.

Riz Uizerspun agent Jim Tot ilə 2011-ci ildə evlənib. Bir il sonra cütlüyün
bir oğlu olub.

1999-2008-ci illərdə aktrisa aktyor Rayan Filliplə evil olub. Bu evlilikdə iki
uşaq dünyaya gətirib.

Source link