eada177f-cabb-4782-844a-ad98ed41d944..jpg

Ronaldu, Neymar və Haci ad günlərini qeyd edirlər – VİDEO

Baxış sayı: 857 dəfə baxılıb.

Ronaldu, Neymar və Haci ad günlərini qeyd edirlər – VİDEO

Georgi Haci, Kriştianu Ronaldu və Neymar bu gün ad günlərini qeyd edirlər.

“Karpatların Maradonası”nın 58, “Əl-Nəsr”ın hücumçusunun 38, PSJ-nin
forvardının isə 31 yaşı tamam olur.

Ronaldu karyerası ərzində 5 dəfə “Qızıl top” alıb. O, “Mançester Yunayted”,
“Yuventus”, “Real Madrid” kimi klublarda oynayıb və onlarla birlikdə 30 kubok
qazanıb. Portuqaliya millisinin tərkibində Kriş AVRO 2016 və Millətlər
Liqasının qalibi olub.

Neymara gəlincə PSJ, “Barselona” və “Santos”da çıxış edən hücumçunun aktivində
26 klub kuboku var. 2022-ci ildə o, Braziliya millisinin heyətində Pelenin qol
rekordunu təkrarlayıb (77 qol). Milli komanda ilə Neymar Olimpiya Oyunlarının
və Konfederasiyalar Kubokunun qalibi olub.

Haci isə karyerası ərzində “Real Madrid”, “Barselona” və “Qalatasaray” kimi
klublarda forma geyinib. Türkiyə təmsilçisi ilə o, UEFA Kuboku və Superkubokunu
qazanıb. XX əsrdə Rumıniya futbolunun ən yaxşısı adına layiq görülən keçmiş
yarımmüdafiəçi hazırda ölkəsinin “Viitorul” klubunu çalışdırır.

Source link