f6dcf368-1a09-4dda-ac59-5bedbdbf50aa..jpg

Rublun ucuzlaşması manata necə təsir edəcək? – VİDEO

Baxış sayı: 685 dəfə baxılıb.

Rublun ucuzlaşması manata necə təsir edəcək? – VİDEO

Rusiya ilə və Qərb ölkələri arasında Ukrayna ilə bağlı yaşanan siyasi
gərginlik Rusiyanın maliyyə bazarına təsirsiz ötüşməyib, rubl dollara nisbətən
yenidən ucuzlaşmağa başlayıb.

Bəs rublun dəyərsizləşməsi manata hansı təsir göstərəcək? İdxal olunan
malların qiyməti ucuzlaşacaqmı?

Ekspert Əkrəm Həsənov qeyd edib ki, idxalda ciddi təsir göstərməsə də,
Rusiyaya kənd təsərrüfatı məhsulları satanlar üçün problem yarana bilər.

“Rusiya rublunun, Türkiyə lirəsinin ucuzlaşmasının Azərbaycanın milli
valyutasına heç bir birbaşa ciddi təsiri yoxdur. Əksinə, bu, o deməkdir ki,
onların malları da bizim üçün ucuzlaşır”, – deyə Ə.Həsənov vurğulayıb.

Doğrudur, rublun ucuzlaşması idxal olunan malların qiymətini də
ucuzlaşdırmalıdır. Amma Azərbaycan bazarında bununla bağlı proqnozlar özünü
doğrultmur. Bəs bunun səbəbi nədir?

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:


Source link