3608206a-b048-4aab-bf63-6aa8c6453429..jpg

Rumen Radev: “Prezident Əliyev Azərbaycanın etibarlı ticarət tərəfdaşı olduğunu sübut etdi”

Baxış sayı: 608 dəfə baxılıb.

Rumen Radev: “Prezident Əliyev Azərbaycanın etibarlı ticarət tərəfdaşı
olduğunu sübut etdi”

“Prezident Əliyev Azərbaycanın etibarlı ticarət tərəfdaşı olduğunu sübut etdi”.

AZƏRTAC

xəbər verir ki, bu sözləri Bolqarıstan Prezidenti Rumen Radev aprelin 25-də
Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ
(Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət
Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma
Memorandumu”nun imzalanması mərasimində bildirib.

On ildən artıq müddət əvvəl imzalanan müqaviləyə əsasən, Bolqarıstanın artıq
bir ildən çoxdur Azərbaycan tərəfindən etibarlı şəkildə təchiz olunduğunu
vurğulayan Prezident Rumen Radev deyib:

“Bütün qlobal siyasi faktlara baxmayaraq, Azərbaycan müqavilənin şərtlərinə
ciddi şəkildə əməl edir. Azərbaycan təkcə Bolqarıstanın deyil, həm də Avropa
İttifaqının strateji tərəfdaşıdır. Bu, ötən ilin iyulunda, Azərbaycanın Avropa
Komissiyası ilə enerji sektorunda strateji əməkdaşlığa və xüsusilə Avropa
İttifaqına əlavə həcmdə qaz təchizatına dair Memorandum imzalaması ilə təsdiq
olundu”.

Source link