Rusiya Azərbaycana yeni səfir göndərir

Rusiya Azərbaycana yeni səfir göndərir

Baxış sayı: 2. 751 dəfə baxılıb.

Rusiya Dövlət dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənilərlə əlaqələr üzrə komitəsi Mixayil Boçarnikovun Azərbaycana səfir təyin olunmasını təsdiqləyib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “RİA Novosti” komitənin sədrinin birinci müavini Konstantin Zatulinə istinadən məlumat yayıb.

“Azərbaycandakı səfirimiz buna qədər Qazaxstanda səfir olmuş Boçarnikov olacaq” deyə deputat bildirib.

Qeyd edək ki, Boçarnikov Qazaxıstanda diplomatik missiyasını 2018-ci ildə başa vurub.

.
www.ÇıxışYolu.Com