e71a4e98-541e-4ac9-899a-5561a9ef9306..jpg

Rusiya futbolunda biabırçı hadisə: Futbolçu kamerunlu hakimi döydü – VİDEO

Baxış sayı: 494 dəfə baxılıb.

Rusiya futbolunda biabırçı hadisə: Futbolçu kamerunlu hakimi döydü – VİDEO

Rusiyanın Çelyabinsk şəhərində 8×8 futbol üzrə Şimal-Qərb Liqasında baş tutan
“Bajov” – “Katren” qarşılaşmasında kamerunlu hakim Maksim Jorj döyülüb.

“Bajov”un futbolçusu Telman Snjoyan hakimi vurub. Hadisə canlı yayımda nümayiş
olunub.

Qaradərili hakim əvvəlcə müqavimət göstərib. Lakin futbolçu onu yerə yıxıb və
vurmağa davam edib. Digər oyunçuların müdaxiləsindən sonra onları ayırmaq
mümkün olub.

Bu hərəkətinə görə Snjoyanın liqadan kənarlaşdırılacağı gözlənilir.

Qeyd edək ki, qarşılaşma “Katren”in 4:3 hesablı qələbəsi ilə başa çatıb.


Source link