Rusiya Ukraynanın “baş ermənisinə” qarşı cinayət işi açıb

Rusiya Ukraynanın “baş ermənisinə” qarşı cinayət işi açıb

Baxış sayı: 5. 439 dəfə baxılıb.

Rusiyanın İstintaq Komitəsi Ukraynanın daxili işlər naziri Arsen Avakova qarşı cinayət işi açıb. O, Rusiya prezident seçkilərində rus vətəndaşlarının azad seçki hüququna mane olmaqda” ittiham edilir.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə aprelin 3-də Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb.

Xidmətdən bildirilib ki, Avakov əvvəlcədən bir qrup şəxslə əlbir olaraq, Ukrayna DİN-nin Kiyev, Lvov, Odessa və Xarkovda rus diplomatlarının təhlükəsizliyini və mühafizəsini təmin edən, onun xidməti tabeliyində olan əməkdaşlarına, Ukrayna ərazisində yaşayan RF vətəndaşlarının 18 mart 2018-ci ildə prezident seçkilərində iştirak etmək üçün seçki məntəqələrinə buraxılmaması üçün göstərişlər verib.

“Avakov və digər şəxslərin cinayətkar hərəkətləri nəticəsində Rusiya Federasiyasının konstitusiyası ilə təmin edilmiş vətəndaşların hüquq və maraqları kobud şəkildə pozulub”, – bəyanatda deyilir.

Martın 18-i Rusiyada prezident seçkiləri keçirilib. Seçkilərdə seçicilərdən 76% səs toplayaraq lider olmuş, hazırkı dövlət başçısı Vladimir Putin də daxil olmaqla, səkkiz namizəd iştirak edib.

Qeyd edək ki, Arsen Avakov milliyyətcə ermənidir.

Əli Məmmədov
www.ÇıxışYolu.Com