Rusiya XİN Suriyaya endirilən zərbələri şərh etdi

Rusiya XİN Suriyaya endirilən zərbələri şərh etdi

Baxış sayı: 2. 411 dəfə baxılıb.

Rusiya XİN-nin rəsmisi Mariya Zaxarova bəyan edib ki, Dəməşqə zərbələri “öz müstəsnaslığını bəyan edən ölkələr” endiriblər.

ÇıxışYolu.Com xəbər verir ki, o, bu barədə şəxsi Facebook hesabında yazıb 

“Əvvəlcə Suriya xalqının üzərində “ərəb baharını”, sonra İŞİD, indi isə ağıllı Amerika raketlərini sınaqdan keçirdilər. Uzun illərdir terrorçu təcavüz şəraitində sağ qalmağa çalışan suveren dövlətin paytaxtına zərbə endirilib”, – deyə, o, yazıb.

“Bütün bunların arxasında öz müstəsnalığını bəyan edərək, dünyada mənəvi liderliyə can atanlar dayanır. Suriyanın həqiqətən də dinc gələcək üçün şans aldığı bir vaxtda onun paytaxtını atəşə tutmaq üçün doğurdan da müstəsna biri olmalısan”, – deyə, Rusiya xarici siyasət idarəsinin nümayəndəsi əlavə edib.

Zaxarova həmçinin xatırladıb ki, 15 il əvvəl ABŞ “flakondan və Dövlət katibindən (Kolin Pauelin İraqa hücum etməzdən əvvəl BMT-də nümayiş etdirdiyi flakon – onun içərisində İraqın kimyəvi silahından nümunə olduğu iddia edilirdi – red.), indi isə flakon əvəzinə KİV-dən istifadə etdi”, deyən Zaxarova, Ağ Evin bir müddət əvvəl Dəməşqdəki kimyəvi hücumun “KİV-in bəyanatları, həmçinin etibarlı görünməyən simptomlar, video və fotoşəkillərə” əsaslandığı barədə bəyanatını xatırladıb.

Qeyd edək ki, hazırda ABŞ, Böyük Britaniya və Fransa qoşunlarının Suriyaya zərbələri başa çatıb. Pentaqon rəhbəri Ceyms Mettisin sözlərinə görə, zərbə birdəfəlik olub, əlavə hücumlar hələ planlaşdırılmır, lakin istisna da edilmir.

www.ÇıxışYolu.Com