Rusiyada məmur yanğına görə diz çökdü – VİDEO

Rusiyada məmur yanğına görə diz çökdü – VİDEO

Baxış sayı: 2. 455 dəfə baxılıb.

Rusiyanın Kemerovo vilayətinin vitse-qubernatoru Sergey Çivilev əhalinin qarşısında diz çökərək üzr istəyib. 

ÇıxışYolu.Com xəbər xəbər verir ki, əyalətin əsas meydanında yeddi saat davam edən mitinqdən sonra vitse-qubernator iştirakçılara səslənib.

“Mən sizdən üzr istəyirəm”, – deyərək Çivilev gözlənilmədən diz çöküb. İnsanlar isə onun bu addımını alqışlayıblar və daha sonra bir çoxu meydanı tərk etməyə razı olub.

Qeyd edək ki, martın 25-i Kemerovo vilayətində “Qış albalısı”  ticarət mərkəzində baş vermiş yanğında 64 nəfər ölüb. Ölənlərdən 41-i uşaqdır.