Rusiyadan Azərbaycana qaçan şəxs Masallıda güllələnib

Rusiyadan Azərbaycana qaçan şəxs Masallıda güllələnib

Baxış sayı: 8. 113 dəfə baxılıb.

Masallı rayonunda silahlı insident nəticəsində bir nəfər ağır yaralanıb.

ÇıxışYolu.Com Report-a istinadla xəbər verir ki, 1953-cü il təvəllüdlü Qızlavar kənd sakini Ağayev Ağəddin Nuru oğlu güllələnmə diaqnozu ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Cərrahi əməliyyat zamanı onun bədənindən dörd güllə çıxarılıb.

Hadisənin münaqişə zəminində baş verdiyi bildirilir.

Qeyd olunur ki, zərərçəkmiş Rusiyada müəyyən şəxslərlə ədavətdə olub və bu səbəbdən Azərbaycana qaçıb. Lakin sözügedən şəxslər onu təqib edərək Masallıda güllələyiblər.

Faktla bağlı araşdırma aparılır.

www.ÇıxışYolu.Com