84ee8469-c790-409c-bd5c-ceaba90be057..jpg

Rusiyadan Beynəlxalq Cinayət Məhkəməsinə qadağa

Baxış sayı: 974 dəfə baxılıb.

Rusiyadan Beynəlxalq Cinayət Məhkəməsinə qadağa

Rusiyada Beynəlxalq Cinayət Məhkəməsinin fəaliyyəti qadağan edilə bilər.

Bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin məlumat verib.

“Dövlət Dumasının profil komitələri Rusiya Federasiyasında Beynəlxalq Cinayət
Məhkəməsinin (BCM) fəaliyyətini qadağan edən düzəlişlər hazırlayır. Həmçinin
düzəlişlər ölkədə Rusiyaya qarşı yönəlmiş digər beynəlxalq qurumların
fəaliyyətinə qadağa qoyulmasını da nəzərdə tutur”, – deyə o bildirib.

Xatırladaq ki, martın 17-də BCM-nin İstintaq Palatası Rusiya Prezidenti
Vladimir Putin və uşaq ombudsmanı Mariya Lvova-Belovanın həbsi üçün order verib.

Mənbə: RT

Source link