Rusiyalı ekspert Qarabağ haqqında: İdeal vaxt çatıb

Rusiyalı ekspert Qarabağ haqqında: İdeal vaxt çatıb

Baxış sayı: 2. 531 dəfə baxılıb.

Rusiya hər şeydən əvvəl Azərbaycanla sabit və inkişaf edən münasibətə maraq göstərir.

Bu barədə rus politoloqu, Rusiyanın Aktual Siyasət Mərkəzinin aparıcı eksperti Viktor Aleviç ÇıxışYolu.Com-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu gün Moskva Qafqaz regionunda sülhün və sabitliyin bərqərar olmasına, Azərbaycan və Ermənistan arasında “Aprel döyüşlərinin” analoqu olan yeni münaqişələrin baş qaldırmamasına maraq göstərir.

“Qarabağ münaqişəsinin həllində marağı olan ölkələrdə (Azərbaycan, Rusiya və Ermənistan – red.) prezident seçkiləri keçirildi. Hazırkı münaqişənin həll olunması üçün ideal vaxt çatıb”., – ekspert qeyd edib.

V.Aleviç əlavə edib ki, rus diplomatiyası Qarabağ münaqişəsini həll etmək üçün səylə çalışmaq niyyətindədir.

Xatırladaq ki, iki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiası zəminində baş verib. Dağlıq Qarabağ və ona daxil olan yeddi rayon – Azərbaycan ərazisinin 20%-i Ermənistan hərbi qüvvələrinin işğalı altındadır.

1994-cü ilin may ayında tərəflər arasında atəşkəs razılığı əldə etdilər, indiyədək ATƏT-in Minsk qrupunun və Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi altında hələ də uğursuz sülh danışıqları aparılır.

BMT-nin Təhlükəsizlik Şurasının işğal edilmiş Dağlıq Qarabağın və ona daxil olan ərazilərin azad edilməsi haqqında qətnaməsi hələ də Ermənistan tərəfindən yerinə yetirilmir.

Əli Məmmədov
www.ÇıxışYolu.Com