Rusiyalı idmançılar Olimpiya medallarından məhrum ediliblər

Rusiyalı idmançılar Olimpiya medallarından məhrum ediliblər

Baxış sayı: 8. 825 dəfə baxılıb.

İdman Arbitraj Məhkəməsi (CAS) Cənubi Koreyanın Pyanqçanq şəhərindəki XXIII Qış Olimpiya Oyunlarında körlinq növü üzrə bürünc medal qazanmış rusiyalı Aleksandr Kruşelnitskinin anti-dopinq qaydalarını pozduğunu təsdiqləyib.

ÇıxışYolu.Com xəbər verir ki, CAS-ın qərarına əsasən, idmançının dopinq-testi müsbət nəticə verib.

Onun orqanizmindən qadağan olunmuş meldonium maddəsi aşkarlanıb. Kruşelnitskinin özü də faktı etiraf edib. Cütlükdən bürünc medal alınacaq.

Medalların yenidən bölüşdürülməsi məsələsinə Beynəlxalq Olimpiya Komitəsi və Ümumdünya Körlinq Federasiyası baxacaq. Bu qərardan sonra Rusiyanın aktivindəki medalların sayı 13-ə (4 gümüş, 9 bürünc) enib.  

Qeyd edək ki, Aleksandr Kruşelnitski olimpiadada həyat yoldaşı Anastasiya Brızqalova ilə birgə çıxış edib. Onlar qarışıq qoşa yarışda bürünc medal qazanıblar. 

S.T.
www.ÇıxışYolu.Com