46a48f10-a528-4226-a24e-17073d0ac6f8..jpg

Rüşvətə görə tutulan BNA əməkdaşları hakim qarşısına çıxarılırlar

Baxış sayı: 624 dəfə baxılıb.

Rüşvətə görə tutulan BNA əməkdaşları hakim qarşısına çıxarılırlar
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ləğv edilmiş Bakı Nəqliyyat Agentliyinin rüşvət almaqda ittiham olunan
əməkdaşları Hikmət Vəlizadə və Vüqar Hüseynovun cinayət işi üzrə ibtidai
istintaq başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, iş üzrə toplanmış materiallar Bakı Ağır
Cinayətlər Məhkəməsinə göndərilib.

İşi hakim Rasim Sadıxovun sədrlik etdiyi hakimlər heyəti araşdıracaq.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Baş Prokuror yanında Korrupsiyaya qarşı
Mübarizə Baş İdarəsi tərəfindən həbs ediliblər. İstintaqla agentliyin Yol
hərəkətinin təşkili şöbəsinin müdir müavini Vüqar Hüseynovun həmin vəzifədə
işləyərkən qeyd olunan struktur qurumun məsləhətçisi Hikmət Vəlizadə ilə əlbir
olaraq 2023-cü ilin iyun-iyul ayları ərzində Bakı şəhəri ərazisində parklanma
sahələrinin təşkil olunması üçün müvafiq prosedurların həyata keçirilməsi
müqabilində müxtəlif şəxslərdən ümumilikdə 16 500 manat məbləğində pul
vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

İlkin sübutlar əsasında V.Hüseynov və H.Vəlizadəyə Cinayət Məcəlləsinin 308.2
(ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1,
311.3.2 və 311.3.3 (qabaqcadan əlbir olan qrup şəxs tərəfindən təkrar və külli
miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilərək barələrində
məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə Yerüstü Nəqliyyat Agentliyi zərərçəkmiş qismində tanınıb.

Source link