Şəhriyar Məmmədyarovdan növbəti heç-heçə

Şəhriyar Məmmədyarovdan növbəti heç-heçə

Baxış sayı: 6. 861 dəfə baxılıb.

Almaniyanın paytaxtı Berlində keçirilən şahmat üzrə İddiaçılar turnirində bu gün IX turun görüşləri olub.

ÇıxışYolu.Com xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov qara fiqurlarla ermənistanlı Levon Aronyanla qarşılaşıb. Tərəflər 41-ci gedişdə heç-heçəyə razılaşıblar.

Bununla da, Məmmədyarov turnirdə 7-ci heç-heçəsini əldə edib. Onun aktivində 2 qələbə də var. Aronyan isə görüşlərindən 1 qələbə, 3 məğlubiyyət və 5 heç-heçə ilə ayrılıb. İki şahmatçı arasında ilk dövrədəki görüşdə də qalib müəyyənləşməyib – 0,5:0,5.

Turun digər görüşləri:

Fabiano Karuana (ABŞ) – Din Lijen (Çin)

Uesli So (ABŞ) – Aleksandr Qrişuk (Rusiya) – 0,5:0,5

Sergey Karyakin (Rusiya)- Vladimir Kramnik (Rusiya) – 1:0

İddiaçılar turnirinin ümumi mükafat fondu 420 min avrodur. Qalib şahmatçı norveçli Maqnus Karlsenlə dünya çempionu titulu uğrunda görüşə çıxacaq.

www.ÇıxışYolu.Com