Şəhriyar Məmmədyarovun çempion olması üçün – YEDDİ VARİANT

Şəhriyar Məmmədyarovun çempion olması üçün – YEDDİ VARİANT

Baxış sayı: 3. 967 dəfə baxılıb.

Bu gün Almaniyanın paytaxtı Berlində şahmat tacına iddialıların turnirində son tur keçiriləcək.

ÇıxışYolu.Com xəbər verir ki, son turda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov rusiyalı Vladimir Kramniklə qarşılaşacaq.

Bundan başqa, son turda Aleksandr Qrişuk (Rusiya) amerikalı Fabiano Karuana ilə görüşəcək. Levon Aronyan (Ermənistan) – Uesli So (ABŞ) və Sergey Karyakin (Rusiya) – Dinq Liren (Çin) qarşılaşmaları da bu gün baş tutacaq.

Əvvəlcə onu qeyd edək ki, bu turnirdə çempionluğa iddialı dörd şahmatçı var. Bunlar Karuana, Məmmədyarov, Karyakin və Lirendir. Karuananın bu anadək 8, Məmmədyarovla Karyakinin 7,5 və Lirenin 7 xalı var.

Şəhriyarın çempion olması üçün yeddi variant var. Həmin variantlara əsasən onu deyə bilərik ki, Karuananın heç-heçə etməsi və Məmmədyarovun qalib gəlməsi lazımdır. Belə olan halda, “Şah”la Karuananın xalı bərabərləşəcək (8,5) və əlavə göstəricilərə görə (daha güclü rəqibləri məğlub etmə) reytinqdə dünyada II yerdə olan azərbaycanlı qrossmeyster çempion olacaq.

Şəhriyar son turda heç-heçə ilə də qalib ola bilər. Bunun üçün mütləq Karuana uduzmalı, Karyakin isə minimum heç-heçə etməlidir. Belə olan halda üç şahmatçının da 8 xalı olacaq və yenə əlavə əmsallara görə Şəhriyar şahmat tacı uğrunda norveçli Maqnus Karlsenlə görüşmək hüququ əldə edəcək.

Yeddi variant bunlardır:

1. Qrişuk – Karuana 1:0; Kramnik – Məmmədyarov 0,5:0,5; Karyakin – Dinq 0,5:0,5

2. Qrişuk – Karuana 1:0; Kramnik – Məmmədyarov 0:1; Karyakin – Dinq 1:0

3. Qrişuk – Karuana 1:0; Kramnik – Məmmədyarov 0:1; Karyakin – Dinq 0,5:0,5

4. Qrişuk – Karuana 1:0; Kramnik – Məmmədyarov 0:1; Karyakin – Dinq 0:1

5. Qrişuk – Karuana 0,5:0,5; Kramnik – Məmmədyarov 0:1; Karyakin – Dinq 1:0

6. Qrişuk – Karuana 0,5:0,5; Kramnik – Məmmədyarov 0:1; Karyakin – Dinq 0,5:0,5

7. Qrişuk – Karuana 0,5:0,5; Kramnik – Məmmədyarov 0:1; Karyakin – Dinq 0:1

Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com