Səudiyyə Ərəbistanı raket hücumunu dəf etdi

Səudiyyə Ərəbistanı raket hücumunu dəf etdi

Baxış sayı: 2. 686 dəfə baxılıb.

Səudiyyə Ərəbistanının Hava Hücumundan Müdafiə Qüvvələri, Yəməndən atılan yeddi raketi tutub. Atəş zamanı bir misirli həlak olub.

ÇıxışYolu.Com “TASS”-a istinadla məlumat verir ki, Ər-Riyadın başçılıq etdiyi ərəb koalisiyasının komandanlığı bildirib ki, raketlər üsyançı hərəkat “Ənsar Allah” (hüsi qiyamçılar qrupu) havadarları tərəfindən atılıb. 

Koalisiya atışma zamanı həlak olanlar və yaralananlar barədə hələdə məlumat verməyib.

Yerli KİV-nin məlumatlarına görə, zərbələr nəticəsində bir nəfər həlak olub və bir neçə yaralı var. Qeyd olunur ki, evinə raket qırıqları düşən zaman həlak olan şəxs Misir vətəndaşıdır.

Yəməndə neçə ildir vətəndaş müharibəsi gedir. Mübarizə aparan tərəflərdən biri hüsilərin (“Ənsar Allah”şiə hərəkatı) hərbi qolu və ölkənin keçmiş rəhbərliyinə sadiq qalan ordunun bir hissəsidir, digəri isə onlar tərəfindən qovulan sünni prezidenti Əbd Rabbo Mənsur Hadinin qoşunları və Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyadır.

www.ÇıxışYolu.Com