Səudiyyə Ərəbistanı şahzadələrdən 100 milyard dollar geri alıb

Səudiyyə Ərəbistanı şahzadələrdən 100 milyard dollar geri alıb

Baxış sayı: 4. 662 dəfə baxılıb.

2017-ci ilin noyabrında Səudiyyə Ərəbistanı hakimiyyəti 11 şahzadə və dörd nazirin həbs olunmasından sonra 100 milyard dollara yaxın məbləği büdcəyə qaytarmağa nail olub.

ÇıxışYolu.Com Lenta.ru saytına istinadən xəbər verir ki, bu barədə krallığın varisi şahzadə Məhəmməd ibn Salman CBS telekanalına verdiyi müsahibədə bildirib.

“Məbləğ 100 milyard dollardan yuxarıdır. Lakin əsl hədəf bu və ya digər məbləğ deyil. Məqsəd bu pulları geri qaytarmaq deyil, korrupsionerləri cəzalandırmaq və korrupsiya ilə məşğul olan hər kəsə, onların qanun qarşısında cavab verəcəkləri barədə xəbərdarlıq etməkdir”, – deyə şahzadə qeyd edib.

Qeyd edək ki, 2017-ci ilin noyabr ayında Məhəmməd ibn Salmanın başçılıq etdiyi  Səudiyyə Ərəbistanının Milli Antikorrupsiya Komitəsi 200 nəfərə yaxın şəxsi – şahzadələri, yüksək vəzifəli məmurları və biznesmenləri həbs edib. Onlar hakimiyyətdən sui-istifadədə, rüşvətxorluqda və pul mənimsənilməsində ittiham olunublar.

Yanvar ayında varidatı “Bloomberg” agentliyi tərəfindən 17,7 milyard dollar qiymətləndirilən həbs olunmuş şahzadə Əl-Valid ibn Talal var-dövlətini bağışlamaq istədiyini bildirib.

www.ÇıxışYolu.Com