“Səbail” klubunun Müşahidə Şurasının iclası olacaq.
“Report”un əldə etdiyi məlumata görə, yaxın günlərdə baş tutacaq toplantıda
“dənizçilər”in yeni baş məşqçisi ilə bağlı müzakirə aparılacaq.
Premyer Liqa təmsilçisi ötən gün “Kəpəz”ə uduzduğu (0:1) XII turun matçından
sonra Şahin Diniyevlə vidalaşıb. 58 yaşlı mütəxəssis 2022-ci ilin dekabrından
Bakı klubunda işləyib.
Qeyd edək ki, “Səbail” hazırda çempionatda 7 xalla 9-cu pillədə qərarlaşıb.
Komanda autsayder “Kəpəz”dən cəmi bir xal çox toplayıb.