5f063c9d-6373-4951-bee2-cf9dbecc1447..jpg

Şəbnəmdən bahalı hədiyyəyə görə onu tənqid edənlərə: “Bəsdirin, ah-nalə tökdünüz”

Baxış sayı: 494 dəfə baxılıb.

Şəbnəmdən bahalı hədiyyəyə görə onu tənqid edənlərə: “Bəsdirin, ah-nalə
tökdünüz”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni Şəbnəm Tovuzluya efirdə avtomobil hədiyyə olunması tənqid edilib.

Xəzər TV-də yayımlanan verilişdə qonaq olan zaman bir xanım Şəbnəm Tovuzluya
maşın hədiyyə göndərib və bunu onun atası üçün etdiyini deyib.

Avtomobilin üzərində “Ələddin baba, can sağlığı ilə sür” sözləri yazılıb.

Həmin görüntülər sosial şəbəkədə tənqid edilib. Şəbnəm ünvanına yazılan mənfi
rəylərə – “Şahid oldum ki, dostluq və bir insanın bir insana sevgisi pulla
ölçülmür. Yaxşı dost, rəfiqə çox azdır. Az olub ki, bəy ifaçılara dostları
maşın hədiyyə ediblər? Bunu da bir xanım edib. Mən verilişlərdə nə qədər xəstə,
imkansız adamlara yardım etmişəm. Bunları görmürsünüz. Amma başqa nəsə olan
kimi, ah-nalə tökürsünüz. Bəsdirin”, – deyə cavab verib.

Qeyd edək ki, Ş.Tovuzlu ona maşın hədiyyə edən şəxslə bağlı da danışıb:

“Prodüserimlə birgə Azərbaycandan kənarda toyda olduq. Məni illərdir sevən və
pərəstiş edən bir xanım var. O xanım mənim üçün çox dəyərlidir. Ayaqüstü
söhbətimiz oldu. O zaman prodüserim dedi ki, bəlkə buradan atanız üçün
avtomobil alıb Bakıya aparaq. Çünki atam üçün bu yaxınlarda maşın almaq
istəyirdim. Düzdür onun avtomobili olsa da, ona daha yaxşısını almaq
istəyirdim. Amma bu söhbət elə orada da qaldı, davamı olmadı. Əgər öncədən belə
bir şeyin olacağını bilsəydim, qətiyyən razı olmazdım. O xanım pərəstişkarım
mənə bu hədiyyəsi ilə çox böyük xəcalət verdi. Həqiqətən də gözləməzdim”.

Source link