Səfir: “Pakistan Azərbaycanın Cammu və Kəşmir məsələsində dəstəyini yüksək qiymətləndirir”

Baxış sayı: 495 dəfə baxılıb.

Səfir: “Pakistan Azərbaycanın Cammu və Kəşmir məsələsində dəstəyini yüksək
qiymətləndirir”

“Pakistan Azərbaycanın Cammu və Kəşmir məsələsindəki dəstəyini yüksək
qiymətləndirir”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Pakistanın
Azərbaycandakı səfiri Bilal Haye deyib.

Səfir bildirib ki, Azərbaycan Cammu və Kəşmir məsələsində Pakistana sarsılmaz
dəstək verən ölkələr sırasındadır.

“Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Pakistana hərtərəfli
dəstək verir”, – o bildirib.

Səfir xatırladıb ki, Pakistanın Baş naziri Şahbaz Şərifin bu yaxınlarda Bakıya
səfəri zamanı Azərbaycan Prezidenti Pakistan xalqını dəstəklədiyini bir daha
bəyan edib.

Source link