61e9e5be-0a6d-42fc-8d6c-3234c55a4977..jpg

Səfir: “Polşadan Azərbaycana bütün məhsullar Transxəzər dəhlizi ilə daşına bilər”

Baxış sayı: 1. 060 dəfə baxılıb.

Səfir: “Polşadan Azərbaycana bütün məhsullar Transxəzər dəhlizi ilə daşına
bilər”

“Polşadan Azərbaycana bütün məhsullar Transxəzər dəhlizi ilə daşına bilər”.

Bunu Trend-ə Polşanın Azərbaycandakı səfiri Rafal Poborski deyib.

O bildirib ki, Azərbaycan taxıl idxalında maraqlıdır, Polşa isə onu geniş
miqyasda istehsal edir.

Diplomatın sözlərinə görə, taxıl ixracı son vaxtlar iki ölkənin rəsmi
qurumları arasında müzakirə mövzusuna çevrilib.

Səfir bildirib ki, Polşanın ticarət dövriyyəsi çoxşaxəlidir, o, bir zəncirdə
cəmləşməyib və Polşanın çoxşaxəli ixracı var. Polşa həmçinin Azərbaycana mebel
və fabriklər üçün avadanlıq ixrac etməyi təklif edir.

Xatırladaq ki, 2023-cü ilin fevralında Polşanın iqtisadi inkişaf və
texnologiyalar nazirinin müavini Qjeqoj Pexovyakla Azərbaycanın nəqliyyat və
rəqəmsal inkişaf naziri Rəşad Nəbiyev arasında görüş keçirilib. Tərəflər
nəqliyyat və İKT sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Qeyd edək ki, 2022-ci ildə Polşadan Azərbaycana ixrac 119,5 milyon dollar,
Azərbaycandan Polşaya isə 21,45 milyon dollar təşkil edib.

Source link