62f82d00-1d02-4e4e-82e9-d21a0436f6c5..jpg

Şəkidə iki vəzifəli şəxs işdən azad edildi – SƏBƏB

Baxış sayı: 668 dəfə baxılıb.

Şəkidə iki vəzifəli şəxs işdən azad edildi – SƏBƏB

Şəkidə iki vəzifəli şəxs işdən azad edilib, biri isə təqaüdə göndərilib.

Bizim.Media xəbər verir ki, bununla bağlı şəhər icra hakimiyyətinin başçısı
Elxan Usubov sərəncam imzalayıb.

Bildirilib ki, işdən azad edilənlər başçının müavini – şəhər təsərrüfatı
şöbəsinin müdiri Orxan Məmməd Rasim oğlu Hüseynli və baş memar Taleh Saleh oğlu
Alxasovdur. Hər iki məmurun işdə yol verdiyi nöqsanlara görə azad edildiyi
bildirilir.

Mənbənin məlumatına görə, Şəki şəhər icra hakimiyyətinə müraciət olunsa da
sorğuya cavab verilməyib.

Məlumatda o da qeyd edilir ki, icra hakimiyyətində hüquq şöbəsinin müdiri
işləyən Əhmədiyə Bəşirov isə yaş həddi bitdiyindən təqaüdə göndərilib.

Source link