5dc492cf-e48d-4b23-bab0-0c1fcebb7b35..jpg

Şəmkirdə narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb – FOTO

Baxış sayı: 806 dəfə baxılıb.

Şəmkirdə narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs
saxlanılıb – FOTO

Şəmkirdə narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs
saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən
məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin
əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı bir qrup gəncin dövlət
qeydiyyat nişanı olmadan, eləcə də qanunla qadağan edilməsinə baxmayaraq,
avtomobili konstruksiya dəyişikliyi etməklə idarə etdiyi və digər hərəkət
iştirakçılarına təhlükə yaratdığı məlum olub.

Həmin sürücülər yol polisi əməkdaşları tərəfindən saxlanılıblar, onlarla yol
verdikləri qayda pozuntusu ilə bağlı izahedici söhbətlər aparılıb və
barələrində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.

Həmçinin keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında
nəqliyyat vasitəsini idarə edən sürücü də aşkarlanıb. Belə ki, DYPB-nin
əməkdaşları rayon ərazisində hərəkətdə olan “Mercedes-Benz” markalı avtomobilin
sürücüsünə qayda pozuntusuna yol verdiyi üçün “Saxla” işarəsi veriblər.

Həmin nəqliyyat vasitəsini idarə edən rayon sakini Bayram Allahverdiyevin
narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən
keçirilib. Müayinənin nəticəsinə əsasən, sürücünün narkotik vasitə istifadə
etdiyi məlum olub.

Həmin şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Şəmkir
Rayon Məhkəməsinə göndərilib.

Source link