43edc599-e2ae-4b65-9e1e-53c5b01ed15d..jpg

Şəmkirdə qəsdən adam öldürmə cinayəti üzrə təqsirləndirilən şəxs ifşa olundu

Baxış sayı: 754 dəfə baxılıb.

Şəmkirdə qəsdən adam öldürmə cinayəti üzrə təqsirləndirilən şəxs ifşa olundu

Şəmkir rayonunun Zəyəm-Cırdaxan kənd sakini 1959-cu il təvəllüdlü Əntiqə
Məmmədovanın yaşadığı evdə qəsdən öldürülməsi faktı üzrə Baş Prokurorluğun
İstintaq idarəsində istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs ifşa
edilib.

Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumat yayıb.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət peşəkar
istintaq-əməliyyat qrupu tərəfindən keçirilmiş istintaq-əməliyyat tədbirləri
nəticəsində 1986-cı il təvəllüdlü Fariz Cəlilovun cari il fevralın 19-u axşam
saatlarında Şəmkir rayonunun Zəyəm Cırdaxan kəndində qonşusu Əntiqə Məmmədova
ilə sonuncunun yaşadığı evdə aralarında şəxsi münasibətlər zəminində baş vermiş
mübahisə zamanı bıçaqla və bərk-küt əşya ilə Əntiqə Məmmədovaya bədən
xəsarətləri yetirməklə onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Fariz Cəlilova Cinayət Məcəlləsinin 120.1-ci (qəsədn adam öldürmə) maddəsilə
ittiham elan edilərək barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan
tədbiri seçilib.

Hazırda ibtidai istintaq davam etdirilir.

Source link