e7d3e96a-c8a7-4518-a983-ede1a75aba57..jpg

Sənaye parklarının rezidentləri 455 milyon manat vəsaitə qənaət ediblər

Baxış sayı: 521 dəfə baxılıb.

Sənaye parklarının rezidentləri 455 milyon manat vəsaitə qənaət ediblər

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin
idarəçiliyindəki sənaye parklarında tətbiq edilmiş idxal ƏDV-si və gömrük
güzəştləri nəticəsində rezidentlər bu günə qədər 455 milyon manat vəsaitə
qənaət ediblər.

Bu barədə agentlikdən məlumat verilib.

Bildirilir ki, sənayeləşmə siyasətinin inkişafına mühüm töhfə verən sənaye
zonalarında sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli investisiya
mühiti yaradılıb. Sənaye parklarının rezidentləri qeydiyyata alındıqları
tarixdən etibarən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir
və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın,
texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük
rüsumlarından azad olunurlar. İndiyədək sənaye zonalarında 134 sahibkarlıq
subyektinə rezidentlik statusu verilib və bunlardan artıq 68-i fəaliyyətə
başlayıb.

Qeyd olunur ki, sahibkarlar tərəfindən bu günədək sənaye zonalarına 6,56
milyard manatdan çox investisiya yatırılıb və 10 600-dən çox daimi iş yeri
yaradılıb. Növbəti mərhələdə mövcud layihələr üzrə sənaye zonalarına əlavə
olaraq 690 milyon manata yaxın investisiyanın yatırılması, 5 200-dən artıq
daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Source link