“Şahdəniz” yatağından qaz ixracı artıb

“Şahdəniz” yatağından qaz ixracı artıb

Baxış sayı: 5. 756 dəfə baxılıb.

“Şahdəniz” yatağının birinci mərhələsinin işlənməsi çərçivəsində cari ilin yanvar-fevral ayında 1,334 milyard kubmetr qaz ixrac edilib.

ÇıxışYolu.Com Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da ötən il müvafiq dövrü ilə müqayisədə 3% çoxdur.

Magistral kəmərlərlə nəql edilən qazın 29,6% “Şahdəniz” yatağından hasil edilən qaz olub. 

Magistral qaz kəmərləri ilə 4508,8 milyon kub-metr qaz nəql edilmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,1 faiz artım müşahidə olunub. 

Qeyd edək ki, 2017-ci ildə “Şah-Dəniz” layihəsinin birinci mərhələsi çərçivəsində 7 milyard 314,2 mln. kubmetr qaz ötürülüb.

.
www.ÇıxışYolu.Com