971a935e-55dd-4b9f-aef8-3ce3c5f8df6b..jpg

Sahibə Qafarova Rusiyada işgüzar səfərdədir

Baxış sayı: 614 dəfə baxılıb.

Sahibə Qafarova Rusiyada işgüzar səfərdədir

Milli Məclisin sədri Sahibə Qafarova Sankt-Peterburqda MDB Parlamentlərarası
Assambleyasının 55-ci plenar iclasında çıxış edəcək.

Milli Məclisdən verilən məlumata görə, parlament sədrinin iştirakçı ölkələrin
nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri nəzərdə tutulub.

Qeyd edək ki, Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti
Sankt-Peterburqa gəlib.

Sankt-Peterburq şəhərinin Pulkovo hava limanında nümayəndə heyətini
Sankt-Peterburq Qanunvericilik Məclisinin sədr müavini Nikolay Bondarenko, MDB
PA Şurasının baş katibi Dmitri Kobitski, Azərbaycanın Sankt-Peterburq
şəhərindəki baş konsulu Sultan Qasımov, Milli Məclisin MDB PA-dakı daimi
nümayəndəsi Aydın Cəfərov və digər rəsmi şəxslər qarşılayıblar.

Source link