5d4f8c15-d9ad-45ba-b94d-7da889a46b6a..jpg

Şahin Mustafayev Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsi ilə görüşüb – YENİLƏNİB + FOTO

Baxış sayı: 620 dəfə baxılıb.

Şahin Mustafayev Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsi ilə görüşüb –
YENİLƏNİB + FOTO

Fevralın 9-da baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi
nümayəndə heyəti Naxçıvana səfər edib.

“Report”un yerli bürosu xəbər verir ki, səfər ümummilli lider Heydər Əliyevin
abidəsini ziyarətlə başlayıb.

Qonaqlar səfər çərçivəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan
Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Naxçıvan Muxtar
Respublikasının Baş naziri Səbuhi Məmmədov və digər rəsmi şəxslərlə görüşüblər.

Qeyd olunub ki, səfərin məqsədi muxtar respublikada meliorasiya və irriqasiya
sahəsində görülmüş işləri, sututarlarında yığılan suyun vəziyyətini, suvarma və
içməli suya olan tələbatı yerindəcə öyrənib təhlil etmək, içməli və suvarma su
təminatının daha da yaxşılaşdırılmasına nail olmaqdır. Muxtar respublikanın
təbii sərvətləri, su ehtiyatları, kənd təsərrüfatı, ekoloji potensialı barədə
təhlil aparmaq, bu vacib sahələrin inkişafını yeni dövrün tələblərinə
uyğunlaşdırmaq, iqtisadi səmərəliliyini yüksəltmək də prioritet vəzifələr
sırasındadır.

Görüşdə meliorasiya və irriqasiya sahəsində mövcud vəziyyət dəyərləndirilib,
görüləcək işlər geniş müzakirə edilib.

Mütəxəssislər Bənəniyar Su Anbarı və kanalına, Nehrəm Su Anbarına, Batabat
yaylasına (qar ehtiyatları üçün), Heydər Əliyev Su Anbarına, Şahbuz Şəhər
Təmizləyici Qurğular Kompleksinə, Uzunoba Su Anbarına, Naxçıvan Şəhər Su
Təmizləyici Qurğular Kompleksinə, Qaraçuq kanalına, Araz Su Anbarı üzərində
“Qaraçuq-1” ponton nasos stansiyasına, Arpaçay Su Anbarına, Arpaçay sağ sahil
kanalına baxış keçiriblər.

Qeyd edək ki, nümayəndə heyətinə ekologiya və təbii sərvətlər naziri Muxtar
Babayev, kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, Fövqəladə Hallar
Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin rəisi Hikmət Məmmədov, Milli
Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev, “Azmelsutəsərrüfat”
ASC-nin sədri Zaur Mikayılov və digər rəsmi şəxslər daxildir.

10:22

Azərbaycan Respublikası baş nazirinin müavini Şahin Mustafayev Naxçıvan Muxtar
Respublikasına gedib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, baş nazirin müavininin bu gün muxtar
respublikada bir sıra görüşlər keçirəcəyi bildirilir. Şahin Mustafatevlə yanaşı
Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev də
Naxçıvana səfər edib.

Source link