07bd1302-bddc-4255-93a9-5eb5f6345e52..jpg

Salyanda narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb

Baxış sayı: 898 dəfə baxılıb.

Salyanda narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb

Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları
tərəfindən keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında
nəqliyyat vasitəsini idarə edən sürücü saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu
məlumat yayıb.

Bildirilib ki, Salyan rayonu ərazisində hərəkətdə olan “Toyota” markalı
avtomobilin sürücüsünə qayda pozuntusuna yol verdiyi üçün “saxla” işarəsi
verilib. Həmin nəqliyyat vasitəsini idarə edən Qurban Məlikovun narkotik vasitə
qəbul etməsinə dair şübhələr olduğundan tibbi müayinədən keçirilib. Müayinənin
nəticəsinə əsasən, Q.Məlikovun narkotik vasitə olan marixuana istifadə etdiyi
məlum olub.

Həmin şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Salyan
Rayon Məhkəməsinə göndərilib.

Source link