“Samsung”dan unikal təklif – “Eksklüziv displey zəmanəti”

“Samsung”dan unikal təklif – “Eksklüziv displey zəmanəti”

Baxış sayı: 2. 815 dəfə baxılıb.

Hər il daha da yenilənmiş və bizə daha çox imkanlar bəxş edən smartfonlar təqdim olunur. Smartfonlar təkmilləşdikcə onların əsas hissəsi olan displeyləri də onlarla bir yerdə dəyişir. 

Günümüzdə ekranı sadəcə filmə baxarkən deyil, smartfonun hər bir funksiyasında istifadə edirik və mətn yazmaq, zəngə cavab vermək kimi adiaddımları belə displey vasitəsi ilə həyata keçiririk.

Bu səbəbdən bəzən ekranın işlək vəziyyətdə olmaması sevimli cihazımızın sıradan çıxması deməkdir. Əsası isə, belə xoşagəlməz hadisələrdən heç kim sığortalamayıb, buna misal olaraq istənilən an telefon qəflətən əlinizdən düşübistifadəyə yararsız hala gələ bilər.Lakin, əsas problemlər ekran “sındıqdan” sonra başlayır. 

Bundan sonra keyfiyyətli servis tapmaq zəruriyyəti yaranır. Bəzən servis ustaları ekranınızı dəyişərkən sizin telefonunuzu zədələyib yararsız hala gətirə bilərlər. Bəzi hallarda isə dəyişdirilən displeyin orijinal olması şübhələr doğurur və belə bir ekranın istismar müddəti uzun olmur. Ən əsası isə ekranin dəyişilməsi yetərincə böyük maliyyə tələb edir və heç birimiz bir işə iki dəfə ödəniş etmək istəmərik.

Samsung sizə Azərbaycan smartfon bazarında unikal olan bir təklif təqdim edir – indi Galaxy S9 və S9+ smatfonlarını alarkən, siz “Eksklüziv displey zəmanətindən” istifadə etmək hüququ qazanırsınız. Belə ki,smartfonunuzunekranı zədələnərsə, sizrəsmi servisdə yüksək səviyyəli premium xidmətdən yararlanmaq və zədələnmiş displeyinizi istehsalçı tərəfindən təqdim olunmuş orijinal məhsul ilə cəmi 49 AZN ödəyərəktam təmir edə biləcəksiniz.

Qeyd edək ki, aksiya 30 iyun 2018-ci il tarixinə qədər əldə edilən vəüzərində rəsmi holoqramı olanbütün Galaxy S9/S9+ smatfonlarına aiddir. Bu zəmanət smartfonun əldə edilmə günündən başlayaraq 1 il ərzində etibarlıdır. Aksiya çərçivəsində displeyi yalnız 1 dəfə dəyişmək olar.

Yeni Galaxy S9 xəttinin smartfonları haqqında əlavə məlumatı Baku Electronics, Irshad Telecom, Kontakt Home, Maxi.Az, Soliton və Optimal mağazalar şəbəkəsindən əldə etmək olar.

www.ÇıxışYolu.Com