488544a8-51b1-421b-8c9b-980a25537dc7..jpg

“Sauthempton”un baş məşqçisi: “Qurban Qurbanovdan çox şey öyrənmişəm”

Baxış sayı: 558 dəfə baxılıb.

“Sauthempton”un baş məşqçisi: “Qurban Qurbanovdan çox şey öyrənmişəm”

“Dünyada Ralf Hasenhüttll kimi məşhur, həmçinin Qurban Qurbanov və Yess Torup
kimi nisbətən az tanınan mütəxəssislərlə işləməyim mənə böyük təcrübə
qazandırıb. Onlardan çox şey öyrənmişəm”.

Bunu “Sauthempton”un baş məşqçisi Ruben Selles bu səviyyəyə çatmasında rolu
olan mütəxəssislər barədə danışarkən deyib.

İspaniyalı mütəxəssis hazırda Rafael Beniteslə hazırda “Qarabağ”a rəhbərlik
edən Qurban Qurbanovu xüsusi fərqləndirib:

“Valensiyada böyümüşəm, ona görə də Rafael Benites həmişə mənim üçün nümunə
olub. Universitetdə oxuyanda onun məşqlərinə baxırdım. Daha sonra Azərbaycanda
birlikdə işlədiyim baş məşqçilər, xüsusilə də Qurbanovun işimə böyük təsiri
oldu. Həmin vaxt Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandıq. Bu,
Azərbaycan futbolunun tarixində ilk idi. Həqiqətən də 4-3-3 taktiki sxemi ilə
oynayan komandada işləmək məni rəqabətli olmağa məcbur etdi”.

Qeyd edək ki, Ruben Selles 2012 – 2014-cü illərdə “Neftçi”də, 2015 – 2017-ci
illərdə isə “Qarabağ”da baş məşqçilərin köməkçisi vəzifəsini yerinə yetirib.

Mənbə: BBC Sport

Source link