SAXAL Qəzzada İsrailə sızmağa rəhbərlik edən “Nuhba” yaraqlılarını məhv etdi –
VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İsrail qırıcıları cümə günü Qəzza zolağında bir neçə hədəfə zərbələr endirib,
onlarla fələstinli HƏMAS yaraqlısını məhv edib.
Cixisyolu.com-ın məlumatına görə, bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) Mətbuat
Xidməti məlumat yayıb.
“SAXAL Qəzza zolağında HƏMAS terrorçularının hədəflərinə zərbələr endirməkdə
davam edir və onlarla “Nuhba” terrorçusunu məhv edib”, – deyə müdafiə qurumunun
sosial şəbəkə hesabından bildirilib.
Bəyanatda deyilir ki, “Nuhba” yaraqlıları ötən şənbə (oktyabrın 7-də) İsrailə
sızmağa rəhbərlik edən aparıcı qüvvələrdən biri idi.