Seçicilərə səsvermə vəsiqəsinin verilməsinə başlanılır

Seçicilərə səsvermə vəsiqəsinin verilməsinə başlanılır

Baxış sayı: 8. 241 dəfə baxılıb.

Fevralın 25-dən Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkilərində seçicilərə müvafiq dairə seçki komissiyaları tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsinə başlanılır.

ÇıxışYolu.Com xəbər verir ki, bu, barədə prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planında əksini tapıb.

Belə ki, Təqvim Planına əsasən, qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsi dairə seçki komissiyaları tərəfindən səsvermə gününə 45-25 gün qalanadək, yəni 2018-ci il fevralın 25-dən martın 17-dək verilir.

Qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsi məntəqə seçki komissiyaları tərəfindən isə səsvermə gününə 24-3 gün qalanadək, yəni 2018-ci il martın 18-dən aprelin 8-dək verilir.

Xatırladaq ki, bu il aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək.

www.ÇıxışYolu.Com