Seçki bülletenlərinin çapına başlanılıb

Seçki bülletenlərinin çapına başlanılıb

Baxış sayı: 3. 067 dəfə baxılıb.

Azərbaycanda Prezident seçkiləri ilə bağlı seçki bülletenlərinin çapına başlanılıb.

ÇıxışYolu.Com-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının 6 mart  tarixli qərarına əsasən prezident seçkiləri ilə əlaqədar 5 milyon 347 min 803 bülleten çap olunacaq.

Seçki Məcəlləsinə uyğun olaraq bülletenlərin çap prosesi seçki gününə 10 gün qalmış, yəni aprelin 1-dək yekunlaşmalıdır. Seçki bülletenlərinin dərci bir həftə ərzində yekunlaşacaq. Seçki bülletenləri seçki dairələrinə səsvermə gününə 5 gün, seçki məntəqələrinə isə 3 gün qalmış çatdırılacaq.

Qeyd edək ki, bülletenlər Milli Məclisin mətbəəsində çap edilir.

www.ÇıxışYolu.Com