c5aaef82-a9e2-475b-9939-b596262b2772..jpg

Şeradil Baktıqulov: “Azərbaycanın İrandakı səfirliyinə hücum terror aktıdır” – Qırğızıstandan MÜSAHİBƏ

Baxış sayı: 996 dəfə baxılıb.

Şeradil Baktıqulov: “Azərbaycanın İrandakı səfirliyinə hücum terror aktıdır” –
Qırğızıstandan MÜSAHİBƏ

“Türk Dövlətləri Təşkilatına üzv ölkələr dünya arenasında getdikcə daha
nüfuzlu oyunçuya çevrilirlər”.

Bu sözləri qırğızıstanlı analitik, Dünya Siyasəti İnstitutunun (Bişkek)
direktoruŞeradil Baktıqulov Cixisyolu.com -a
müsahibəsində deyib.

“Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr xarici siyasət
məsələləri üzrə səylərini daha geniş şəkildə əlaqələndirməlidirlər. Və dərhal
qeyd edim, təbii ki, Azərbaycanın İrandakı səfirliyinə hücum terror aktıdır.
TDT-yə daxil olub-olmamasından asılı olmayaraq istənilən dövlət bu terror
aktını qınamalı, Azərbaycanla həmrəyliyini ifadə etməlidir.

Eyni şey Quranın yandırılmasına da aiddir. Bizim dövlətlər dünyəvi
dövlətlərdir, lakin vətəndaşların əksəriyyəti İslam dininə etiqad edirlər. Bu
isə Avropada qəzəb doğurmaya bilməz. Yenə də bu, TDT üzvü olmayan digər
ölkələrə də aid edilməlidir və onlar da bu cür davranışları pisləməlidirlər.

Mən həmçinin qeyd etmək istərdim ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələr
dünya arenasında getdikcə daha nüfuzlu oyunçuya çevrilirlər”, – deyə Şeradil
Baktıqulov vurğulayıb.

Qırğızıstanlı analitik TDT daxilində hərbi-siyasi birliyin yaradılması
perspektivləri ilə bağlı da fikirlərini bildirib.

“Perspektiv olaraq bu tamamilə mümkündür. Hər şey dünyada vəziyyətin gələcək
inkişafından və TDT ölkələrinin öz təhlükəsizliklərini təmin etmək istəyindən
asılı olacaq. Bu cür əməkdaşlıq artıq başlayıb, genişmiqyaslı olmasa da, birgə
təlimlər keçirilir, Türk Dövlətləri Təşkilatına üzv olan müxtəlif ölkələrin
hərbi qulluqçuları arasında təcrübə mübadiləsi aparılır. Qırğızıstanda artıq
Türkiyə hərbçilərinin iştirakı ilə təlimlər keçirilib”, – deyə o qeyd edib.

Baktıqulov həmçinin mövcud təhdidlərdən də danışıb və onlar arasında ilk
növbədə terror təşkilatlarının, müxtəlif növ radikalların fəaliyyətini misal
çəkib. “Hər halda bizə özümüzdən başqa heç kim kömək etməyəcək”, – deyə o əlavə
edib.

Analitik eyni zamanda mülki müdafiə üzrə əməkdaşlığın önəmindən danışıb.
“Mülki müdafiə məsələlərində əməkdaşlıq edilməsi, təbii fəlakətlərin və kütləvi
xəstəliklərin nəticələrinin aradan qaldırılması vacib əhəmiyyət kəsb edir.
Hətta ABŞ kimi böyük və zəngin ölkələr belə bəzən təbii fəlakətlərin və ya
pandemiyanın nəticələrinin öhdəsindən gəlməkdə çətinlik çəkir. Xatırlayın,
ABŞ-də COVID-19 səbəbilə çox sayda insan həyatını itirdi, amerikalılar çox
kədərli bir rekorda imza atdılar”, – deyə o fikrini yekunlaşdırıb.

Nair Əliyev

Source link