3f16dd81-5547-4a3d-acbb-26b9ab99efaf..jpg

Sevgi ilə başlayan hekayə ölümlə bitdi: Bakıda baş verən qətlin DETALLARI – VİDEO

Baxış sayı: 638 dəfə baxılıb.

Sevgi ilə başlayan hekayə ölümlə bitdi: Bakıda baş verən qətlin DETALLARI –
VİDEO

Bakıda sevgi ilə başlayan hekayə qətllə bitib.

Belə ki, gül mağazasında çalışan Yasəmən (ad şərtidir), iş yoldaşının qardaşı
Gümrah (ad şərtidir) ilə tanış olur.

Onlar bir müddətdən sonra sevgili olur, vaxt aşırı görüşürlər. Yasəməni özünə
aşiq edən Gümrah onu hotellərin birinə çağırır və daha sonra onlar hoteldə
gecələyirlər.

Bir müddətdən sonra Gümrah Yasəmənlə evlənmək üçün onun şəxsiyyət vəsiqəsini
götürür.

Daha sonra isə o, Yasəmənlə evlənməkdən daşınır və onunla dost qalmaq
istədiyini bildirir.

Onların son görüşü zamanı Gümrah Yasəmənə yenidən hotelə getməyi təklif edir.
Onun bu təklifini qəbul edən Yasəmən hotelə gedərkən özü ilə bıçaq götürür.

Hoteldə mübahisə edən zaman Yasəmən Gümraha 32 bıçaq zərbəsi vuraraq onu qətlə
yetirir.

Baku TV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:


Source link