4bef4001-af35-444a-a138-406dafde102f..jpg

Seyran Səxavət: “Azərbaycan dili reanimasiyadadır”

Baxış sayı: 496 dəfə baxılıb.

Seyran Səxavət: “Azərbaycan dili reanimasiyadadır”

“Azərbaycan dili reanimasiyadadır”.

Cixisyolu.com-ın məlumatına görə, bunu “Azərbaycan dili və ədəbiyyatı” Forumunda
çıxışı zamanı yazıçı Seyran Səxavət deyib.

Onun sözlərinə görə, bu gün ölkədə Azərbaycan dilini normal bilən, danışan,
yazan yox dərəcəsindədir:

“Bayaqdan burada dillə, ədəbiyyatla bağlı onlarla problemdən danışıldı.
Hamısının kökündə dayanan dildir. Bu, çox ciddi məsələdir. Bunun üzərinə
düşülməsə, problemlər hələ qabaqdadır deməkdir”.

Yazıçı qeyd edib ki, televiziyalarımızda dillə bağlı qüsurlar, qəbahətlər baş
alıb gedir:

“İstənilən televiziyanı götürək, mən sizə sübut edərəm ki, orada Azərbaycan
dili bilgisi 49 faizdən o yana deyil. Bu, biabırçılıqdır”.

İlhamə Əbülfət

Source link